Bakı. Trend:
ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin
külləri aşkar edilib.
Trend xəbər verir
ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında
tapılıb.
Küllərin yanında heç bir nişanə və ya sənəd tapılmayıb, bu da
ölənlərin şəxsiyyətinin müəyyən edilməsini demək olar ki, mümkünsüz
edib. Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil
qırıntıları və qab parçaları da aşkarlanıb.
Ekspertiza küllərin həqiqətən insanlara məxsus olduğunu
təsdiqləyib. Faktla bağlı istintaq aparılır.

