Almaniyada avtomobil sənayesində 200 min iş yeri təhlükə altındadır

Baş səhifə

Bakı. Trend:

Almaniyanın avtomobil sənayesində 200 minədək iş yerinin
ixtisara düşməsi gözlənilir.

Trend xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.




Məlumata görə, kütləvi ixtisarlar “Mercedes-Benz” və
“Volkswagen” konsernlərinin zəif rüblük göstəriciləri fonunda baş
verə bilər.

İqtisadi çətinliklərə əsas səbəblər kimi ABŞ tərəfindən tətbiq
edilən idxal rüsumlarının mənfi təsiri, ABŞ, Avropa İttifaqı və Çin
kimi əsas bazarlarda avtomobillərə tələbatın azalması, eləcə də
istehsal proseslərinin səmərəliliyinin artırılması ilə bağlı artan
xərclər göstərilib.