
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb
Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gəlib.
Parlamentdən Trend-ə verilən
məlumata görə, qahirənin beynəlxalq hava limanında Milli Məclisin
sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri
Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər
rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış
mərasimində iştirak edəcək.


