Assosiasiya: 10 sektor kibertəhlükəsizlik baxımından kritik hesab olunur

Baş səhifə
Assosiasiya: 10 sektor kibertəhlükəsizlik baxımından kritik hesab olunur

Azərbaycanda 10 sektor kibertəhlükəsizlik baxımından kritik hesab olunur.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən fintex forumunda (“Baku Fintech Forum 2025”) bildirib.

Onun sözlərinə görə, bunlardan biri maliyyə sektorudur.

“Kritik elan edilmiş sektorlar üçün kibertəhlükəsizlik xidməti almaq məcburidir. Banklar və digər maliyyə instutları öz kibertəhlükəsizliyini təmin etməkdə çətinlik çəkirlər. Amma, bu fintexr üçün bəlkə də bu gün aktual deyil”, – deyə icraçı direktor əlavə edib.