İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ABŞ ilə ya birbaşa, ya da “regiondakı dostlar” vasitəsilə mesaj mübadiləsi aparılıb.
“Report” xəbər verir ki, Əraqçi bunu “Al Jazeera”yə müsahibəsində deyib.
O qeyd eidb ki, bu, İranın Vaşinqtonla danışıqlar apardığı anlamına gəlmir.
“Mən əvvəlki kimi Uitkoffdan (ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv – red.) birbaşa mesajlar alıram və bu o demək deyil ki, biz danışıqlar aparırıq”, – o deyib.
Qeyd edək ki, martın 30-da İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai 31 gün ərzində ABŞ ilə heç bir danışıqların aparılmadığını açıqlayıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

