Astara sakini 27 kiloqram narkotiklə saxlanılıb

Baş səhifə
Astarada üzərində 27 kiloqram narkotik aşkarlanan şəxs həbs olunub

Əvvəllər insan alveri cinayətlərində təqsirləndirilərək məhkum olunmuş şəxsdən 27 kiloqram narkotik vasitə ilə saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitənin Astara rayonunda qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Tədbir zamanı 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidov saxlanılıb. Ondan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. F.Xurşidovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.