Moskvaya “Lotar” siklonu daxil olub

Baş səhifə

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvaya “Lotar” siklonu daxil olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Rusiyanın “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail
Leusun sözlərinə görə, siklon hazırda şimal-qərb istiqamətindən
hərəkət edir.

Moskvanı əhatə edən bu siklon özü ilə güclü yağışlar gətirib.
Sinoptikin proqnozuna əsasən, bu gün şəhərə aylıq yağıntı
normasının dörddə biri qədər yağış düşəcək.