“Mançester Siti”nin futbolçusu saxta xəbərlərlə bağlı hüquqşünaslara müraciət edəcək

Baş səhifə

Bakı. Trend:

Fil Foden ailəsi haqqında yayılan saxta xəbərlərlə bağlı
hüquqşünaslara müraciət edəcək.

Trend xəbər verir ki,
əvvəllər sosial şəbəkələrdə Fodenin 6 yaşlı oğlu Roninin guya vəfat
etməsi və 4 yaşlı qızı Tru-nun onkoloji xəstəliyə tutulması barədə
məlumatlar yayılmışdı. Həmçinin “Mançester Siti”nin
yarımmüdafiəçisinin guya baş vermiş faciə ilə bağlı saxta sitatları
və neyroşəbəkələr tərəfindən yaradılmış ağlayan Foden və onun
sevgilisi Rebeka Kukun şəkilləri paylaşılmışdı.

“Daily Mail”in məlumatına görə, hazırda Fodenlə əməkdaşlıq edən
hüquqşünaslar komandası bu yalan məlumatların platformalardan
silinməsi üzərində işləyir.




“Bu hekayələri yayan səhifə və hesabları bilirik. Bunlar
tamamilə uydurmadır və narahatlıq doğurur. İnsanların kiminsə,
xüsusilə uşaqlar haqqında belə şeylər uydura bilməsini anlaya
bilmirəm. Bu, iyrəncdir.

Şükürlər olsun ki, bizdə hər şey qaydasındadır və qayğınıza görə
təşəkkür edirik. Biz bu vəziyyəti dayandırmaq üçün əlimizdən gələni
edirik. Zəhmət olmasa, belə saxta məlumatlar və paylaşımlar
gördükdə, onlar haqqında şikayət edin,” – deyə Fodenin sevgilisi
sosial şəbəkədə yazıb.