
Bakı. Trend:
ABŞ hökumətinin maliyyələşdirilməsinin dayandırılması (şatdaun)
Federal Təhqiqatlar Bürosunun (FTB) fəaliyyətinə təsirsiz
ötüşməyib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ABŞ tarixində müddətinə görə ikinci ən uzun
şatdaun səbəbindən FTB-nin əksər istintaqları dayandırılıb və ya
ləngidilib. Şatdaun fonunda FTB agentlərinin ezamiyyətləri üçün
nəzərdə tutulan vəsaitlər də dondurulub.
Qeyd edək ki, Senatın büdcə layihəsini razılaşdıra bilməməsi
səbəbindən oktyabrın 1-dən etibarən ABŞ-da hökumətin fəaliyyəti
dayandırılıb.
Belə ki, səhiyyənin maliyyələşdirilməsi məsələsində demokratlar
və respublikaçılar arasında ixtilaf düşüb. Beləcə, ABŞ tarixinin
sayca 22-ci və prezident Donald Tramp hakimiyyəti dövründə isə 4-cü
şatdaun başlayıb.

