“Volkswagen” konserni bu ilin üçüncü rübündə zərər etdiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“Volkswagen” konserni bu ilin üçüncü rübündə 1,07 milyard avro
zərər etdiyini açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, korporasiyanın məlumatında iyul-sentyabr
aylarında xalis mənfəətin 60 faizdən çox azalaraq 8,8 milyarddan
3,4 milyard avroya düşdüyü bildirilib.




Bu vəziyyətlə əlaqədar “Volkswagen” konserninin rəhbəri Oliver
Blume “Porsche”nin də baş direktoru vəzifəsindən istefa verəcəyini
açıqlayıb.

Şirkətin məlumatında “Volkswagen”in əsas markasının sabitləşməyə
nail olduğu bildirilib. 2030-cu ilədək 35 min iş yerinin ixtisarını
nəzərdə tutan qənaət proqramı öz nəticələrini göstərir.

Şirkətin əməliyyat mənfəət marjası ilin ilk doqquz ayında 2,3
faizə yüksəlib. Gəlirlər 0,6 faiz artaraq 239 milyard avroya,
çatdırılan avtomobillərin sayı isə 1,2 faiz artaraq 6,6 milyona
yüksəlib.