Azərbaycandakı françayzinq nöqtələrinin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda təqribən 300 françayzinq nöqtələri mövcuddur.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Françayzinq Mərkəzi”nin CEO-su
Elnur İslamov Avrasiya Françayzinq Forumunda məlumat verilib.

Məlumata əsasən, françayzinq sahəsi üzrə Azərbaycanda ümumi
brendlərin sayı 20, illik dövriyyəsi 0,03 milyard ABŞ dolları,
ümumi daxili məhsuldakı (ÜDM) payı isə təqribən 0,1%
səviyyəsindədir.




Bundan başqa, digər ölkələrə nəzər saldıqda, Türkiyədə 43 mindən
çox, Qazaxıstanda təqribən 4 min, Özbəkistanda isə təxminən 2,5 min
françayzinq nöqtələri mövcuddur.

Ümumi brendlərim sayı isə Türkiyədə təqribən 1,3 min,
Qazaxıstanda 150, Özbəkistanda 120 vahiddir.