Ağdərə rayon Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

Baş səhifə

Ağdam. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun
olaraq bu mərhələdə 9 ailə – 38 nəfər Vəngli kəndinə köçürülür.

Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola
salınıb.




Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın
müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda
məskunlaşan ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.