İsveçrə bir əsr əvvəl Afrikadan çıxarılmış relikviyaları CAR-a qaytarıb

Baş səhifə

Bakı. Trend:

İsveçrə Afrikanın cənubundan təxminən bir əsr əvvəl xristian
missioneri tərəfindən aparılmış Şilubana kral ailəsinə məxsus
relikviyaları Cənubi Afrika Respublikasına qaytarıb.

Trend bu barədə
xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Cənubi Afrika Respublikasının Prezidenti Siril
Ramafosanın İsveçrəyə dövlət səfəri çərçivəsində keçirilən
təntənəli mərasim Neuşatel şəhərində baş tutub.




Relikviyalar yüz ildən artıq müddət ərzində şəhərin etnoqrafiya
muzeyində saxlanılıb.

Cənubi Afrikaya 30 ədəd fal sümüyü, bir əsa və öküz sümüyündən
hazırlanmış bir tilsim geri qaytarılıb. Bu qədim əşyaların hamısı
müasir CAR-ın şimalında hakimiyyət sürmüş Şilubana kral ailəsinə
məxsus olub.