Bakı. Trend:
Fransa Silahlı Qüvvələr naziri Katrin Votren nüvə başlığı
daşımaq qabiliyyətinə malik yeni M51.3 qitələrarası ballistik
raketinin silahlanmaya qəbul edilməsi barədə göstəriş
imzalayıb.
Trend xəbər bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, yeni uzaq mənzilli ballistik raketlər Fransa
hərbi dəniz donanmasına aid “Triomphant” sinfindən olan atom sualtı
qayıqlarına yerləşdiriləcək.
Bu haqda müvafiq sənədin oktyabrın 24-də imzalandığı
bildirilir.
Fransanın müdaafiə nazirliyinin məlumatına əsasən, M5 1.3
ballistik raketi uzaqlıq, dəqiqlik və raketəleyhinə müdafiə
sistemlərini dəf etmə imkanlarının təkmilləşdirilməsi ilə
fərqlənir.

