Sumqayıtda nəzarətsiz qalmış uşaq xilas edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.




Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin
xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz
qalmış uşağın xilas olunması təmin edilib.