Bu il “Hənifə Məlikova-Zərdabi” təqaüdünü qazanan qızlar 57 rayonu və 16 şəhəri təmsil edir – Bahar Muradova

Baş səhifə

Bakı.Trend:

Bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nı qazanan
qızlar 57 rayonu və 16 şəhəri təmsil edirlər.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova “Gənc qızların təhsilinə
dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə
Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində
çıxışı zamanı deyib.

B.Muradova qeyd edib ki, Bakı Dövlət Univetsitetindən bu il
təqaüd 23 nəfərə şamil olunub:




“Bu il ilk dəfə Naxçıvandan 14 nəfər layihəyə qoşulub.
Mühəndislik, texnologiya informasiya elmləri ixtisaslarına qəbul
olunan gənc qızlarımızın sayı nəzərəçarpacaq dərəcədə artıb”.

O vurğulayıb ki, Data analitika üzrə təhsil alan qızlar bu il
ilk dəfə layihəyə qoşulublar.