
Bakı. Trend:
Bu ilin 3-cü rübündə Azərbaycan üzrə qaz hasilatı 13 milyard
kubmetr təşkil edib.
Trend bu
barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər
verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 7,4% çoxdur.
Ümumilikdə isə 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7
milyon ton xam neft hasil olunub.
Bu ilin üçüncü rübündə SOCAR tərəfindən 12 min metr qazma işləri
həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı
qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94
milyard kubmetr qaz hasil olunub.

