Allahşükür Paşazadə Vatikana gedir: Roma Papası ilə görüşəcək

Baş səhifə

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam
Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək.

QMİ-dəm Trend-ə verilən məlumata görə, səfər Roma Katolik
Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II
Vatikan Şurasının əsas sənədi olan Nostra Aetatın 60-cı ildönümü
münasibətilə təntənəli tədbirlərə dəvət əsasında baş tutur.

Bildirilib ki, ildönümü bütün dünyada sülhün, həmrəyliyin və
qarşılıqlı hörmətin bir daha vurğulanıb möhkəmləndirilməsinə həsr
olunmuş Ümid İli ilə üst-üstə düşür.




Şeyxülislam A.Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq
Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə
Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq,
dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün
nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində QMİ sədri A. Paşazadənin Roma Papası XIV Leo,
Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din
xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri
ilə görüşləri nəzərdə tutulur.