Musiqi və incəsənət məktəblərinə işə qəbul ilə bağlı imtahan keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi 26 oktyabr 2025-ci il tarixində musiqi,
incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və
mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqənin test imtahanı
keçirib.

Mərkəzdən Trend
məlumata görə, imtahan DİM-in elektron imtahanlar korpusunda
kompüter vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş
etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı
yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda
nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin
sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 118 namizəd iştirak edib.




Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur
qazanan namizədlər müsahibə mərhələsinə buraxılır.

İmtahanın məzmunu ilə bağlı müraciətlərə 28 – 29 oktyabr
tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin
əsas inzibati binasında baxılacaq. Ünvan: Bakı şəhəri, Nəsimi
rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.