Kim Çen Inla görüşməyə açığam – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Asiya turu zamanı Şimali Koreya
lideri Kim Çen Inla görüşmək ehtimalını istisna etməyib.

Trend xəbər verir
ki, Tramp bu barədə təyyarəsində jurnalistlərə açıqlama verib.

“Mən buna 100% açığam. Onunla yaxşı münasibətim var”, – deyə ABŞ
lideri bildirib.




Ağ Evin mətbuat katibi Karolin Livitt daha əvvəl qeyd edib ki,
Tramp Asiya turu çərçivəsində Malayziya, Yaponiya və Koreya
Respublikasına səfər edəcək, həmçinin ASEAN və APEC tədbirlərində
iştirak edəcək.

Xatırladaq ki, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin
arasında danışıqlar oktyabrın 30-da Cənubi Koreyada
planlaşdırılıb.