Bakı. Trend:
Oktyabrın 24-də rayon ərazisində yerləşən şadlıq saraylarının
birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan
toy mərasimi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata
görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb,
tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla
profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin
tələbləri izah olunub.
Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq
evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq
olunub.

