Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyin yeni rəisi kimdir? – DOSYE

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin
Sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin
Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Trend yeni rəisin dosyesini təqdim edir:

General Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət
Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini
və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün
komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət
edib.




2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai
Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub.
Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin
edilib.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş
İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi.
General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb. 2023-cü ildə
isə Xankəndi şəhərinə komendant təyin edilib.

“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda”
medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.