Hindistanın cənubundakı Andhra-Pradeş ştatında turist avtobusunda baş verən yanğın zamanı azı 20 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Hadisə Kaveri Travels şirkətinin təxminən 44 sərnişinlə Haydarabaddan Banqalor şəhərinə gedən avtobusunun magistral yolda motosikletə çırpılması nəticəsində baş verib.
Polis bildirib ki, iki təkərli nəqliyyat vasitəsi avtobusun altına ilişərək yanacaq çəninə dəyib, bu isə dərhal partlayışa və avtobusda alovun sürətlə yayılmasına səbəb olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

