
Bakı. Trend:
Gələn il üzrə dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlara 4,173
milyard manat sərf ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, 2026-cı ildə “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı”na 3,5 milyard manat, “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə
nəzərdə tutulmuş tədbirlərə 620,170 milyon manat, “2023–2027-ci
illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na 33,684 milyon
manat, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və
kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na
5,840 milyon manat, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf
Konsepsiyası”na 5 milyon manat, “Azərbaycan Respublikasının
2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na 5 milyon
manat, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına
3,666 milyon manat, “Azərbaycan Respublikasında çayçılığın
inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na 100 min
manat ayrılacaq.

