ARDNF qızıl alışını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl
ehtiyatlarını 184,8 tona çatdırıb.

Trend bu
barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 ton
və ya 45,5% çoxdur.




Bu ilin oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın
xüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz
bəndi çoxdur.

“Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum
səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal
miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən
həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud
tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə
etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin
performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar
gəlirlərin artımına töhfə verib”, – məlumatda vurğulanıb.