
Ötən gecə Rusiya Ukraynaya 130 ədəd dronla hücum edib.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, dronların təxminən 80 ədədi “Şahid” tipli olub.
Ukrayna bu dronların 92-ni zərərsizləşdirə bilib.
Dronların neytrallaşdırılmasında aviasiya, uçuş aparatlarına qarşı raket qüvvələri, elektronik döyüş və insansız sistemlər bölüyü, eləcədə də mobil atəş qrupları iştirak edib.
Rusiya dronlarının 25-i isə 11 hədəfi vurub.

