Gürcüstan və Slovakiya hökumətlərarası iqtisadi əməkdaşlıq sazişi imzalayıb.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, sənədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Gennadi Arveladze və Slovakiyanın iqtisadiyyat naziri Vladimir Simonyak imza atıblar.
Tərəflər ikitərəfli iqtisadi, texniki və texnoloji əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini vurğulayıblar.
Arveladze və Simonyak həmçinin iki ölkə arasında birbaşa aviareyslərin açılmasının vacibliyini və gələn ilin əvvəlində İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının keçirilməsi imkanlarını da müzakirə ediblər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

