- 22 oktyabr, 2025
- 15:25

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev oktyabrın 22-də UNESCO-nun “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və dayanıqlı cəmiyyətlərin qurulması” adlı konfransında iştirak edib.
“Report” xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında yazılıb.
Bildirilib ki, Baş danışıqçı konfransda çıxışı zamanı elmi tədqiqatlar və təhsil proqramları vasitəsilə qlobal iqlimə davamlılığın artırılması məqsədilə Azərbaycanın UNESCO ilə tərəfdaşlığını vurğulayıb və bu ölkənin qlobal davamlılıq səylərinə rəhbərlik etməkdə öhdəliyini bir daha təsdiqləyib.
COP29 Lead Negotiator @YalchinRafiyev today participated in the @UNESCO conference “From Baku to Belém: Building Informed and Sustainable Societies for Climate Action”. Speaking at conference, the Lead Negotiator highlighted Azerbaijan’s partnership with UNESCO to improve global… pic.twitter.com/LnFBjgsCC8
— COP29 Azerbaijan (@COP29_AZ) October 22, 2025
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


