Bu gün bəzi peşələr yoxa çıxır, yeniləri yaranır.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “PeşəFest”in yekun tədbirində deyib.
Onun sözlərinə görə, gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlıq yaranır:
“Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Gənclər müasir çağırışları nəzərə alaraq özlərinə sual verməlidirlər”.
DİM sədri əlavə edib ki, süni intellekt və avtomatlaşdırma ixtisasları günün tələbidir:
“Bu reallıq əmək bazarındadır. Bəzi peşələr yoxa çıxır, yeniləri yaranır. Özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq”.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

