“WhatsApp” məxfilik parametrlərini yeniləyib

Baş səhifə

Bakı. Trend:

“WhatsApp” mesenceri istifadəçilərə “Özüm haqqımda” bölməsindəki
məlumatların kimlər tərəfindən görüləcəyinə daha dəqiq nəzarət
etmək imkanı verən yeni məxfilik funksiyasını istifadəyə verib.

Trend xəbər verir
ki, bu barədə məlumat messencerin rəsmi hesabında yayımlanıb.




Əvvəllər bu məlumatı yalnız istifadəçinin kontakt siyahısında
olan şəxslər görə bilirdisə, indi “Özüm haqqımda” bölməsini
ayrı-ayrı şəxslərdən və ya qruplardan gizlətmək mümkündür.

Bu funksiyanı aktivləşdirmək üçün “Parametrlər” → “Məxfilik” → “Özüm haqqımda” bölməsinə daxil olaraq uyğun variantı seçmək
kifayətdir.