Baş Prokurorluq piramida oyunları ilə bağlı vətəndaşlara müraciət edib (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Baş Prokurorluq son zamanlar kiberdələduzlar tərəfindən
yaradılan piramida oyunları ilə bağlı vətəndaşlara müraciət
edib.

Trend xəbər
verir ki, qurum bu kimi hallara qarşı ehtiyatlı olmağı, şəxsi və
bank məlumatlarını tanımadığınız şəxslərlə paylaşmamağı tövsiyə
edir.

Bildirilib ki, belə sxemlər heç bir real məhsul və ya xidmətə
əsaslanmır:




“Piramida oyunlarında qazanc adı ilə ödənilən məbləğlər yalnız
yeni qoşulan şəxslərin pulları hesabına verilir. Nəticədə sistem
qısa müddətdə çökür, vətəndaşlar həm vəsaitlərini, həm də şəxsi
məlumatlarını itirirlər. Bəzən təşkilatçılar insanları inandırmaq
üçün əvvəlcə yüksək məbləğdə ödənişlər edə bilirlər, lakin bu
pullar digər iştirakçılardan toplanır. Ardınca daha böyük məbləğlər
tələb olunur və həmin vəsaitlər geri qaytarılmır. Ən əsası isə belə
fəaliyyətlər qanunla qadağandır və piramida oyunlarını təşkil edən
şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər”.