İlk 9 ayda neçə nəfərə proaktiv qaydada pensiya təyinatı aparılıb?

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-sentyabr ayları ərzində 32,7 min nəfərdən
çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını
itirməyə görə pensiya təyinatı aparılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial
Müdafiə Fondu (DSMF) məlumat yayıb.




Bildirilib ki, onların 64,96%-ni kişilər, 35,04%-ni isə qadınlar
təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 28 min
nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə
başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların
66,41%-ni kişilər, 33,59%-ni isə qadınlar təşkil edib.