
Bakı.Trend:
Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.
Bildirilib ki, Masallı rayonunun Böyük Xocavar kəndində qaz
xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə,
Köhnə Alvadı kəndinin bir hissəsi, Böyük Xocavar, Banbaşı,
Yeyenkənd və Xəlfələr kəndlərini əhatə edən ərazidə ümumilikdə 2100
abonentin qaz təchizatının 21 oktyabr 2025-ci il tarixdə saat
10:00-dan işlər yekunlaşana qədər dayandırılması
planlaşdırılır.
Qurumdan vurğulanıb ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə
saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət
etməyinizi xahiş edirik.

