
Bakı. Trend:
Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Prezidenti İlham
Əliyevin səfərinə hazırlıq görülür.
Trend xəbər verir ki, “Akorda”nın mətbuat xidməti tərəfindən dərc edilən videoda görünür
ki, axşam saatlarında Azərbaycanın üçrəngli bayrağı ilə
işıqlandırılmış LED ekranlar Astananın mərkəzi prospektlərini
bəzəyib.
Daha əvvəl qeyd olunmuşdu ki, Prezident İlham Əliyev Qazaxıstan
lideri Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə dövlət səfəri
edəcək.

