Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Baş səhifə
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu cu il təvəllüdlü Ə.Səmədova və onun üç övladı dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıblar, vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.