Cəlilabadda ağır yol qəzası – 5 yaralı

Baş səhifə

Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı artıb.

Modern.az-ın məlumatına görə, “VAZ-2106” markalı minik avtomobilinin “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində xəsarət alanların sayı beş nəfərə çatıb.

Xəsarət alanlar – Səfərli Zülfüqar Zaur oğlu, İdrak Rza Ağahüseyn oğlu, Musayev Əmrah Əlyar oğlu, Əhimov Mahir Səfər oğlu, Məmmədov Əmrah Zaur oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

11:34

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. 

Modern.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.