Türkiyə ilin sonuna qədər Ukraynadakı münaqişənin həllində irəliləyiş gözləyir -XİN

Baş səhifə

Bakı. Trend:

Türkiyə 2025-ci ilin sonuna qədər Ukraynadakı münaqişənin
həllində irəliləyiş gözləyir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri
Hakan Fidan “Ülke TV” televiziya kanalında proqram zamanı
deyib.




“[İstanbulda] [Rusiya və Ukrayna] nümayəndə heyətləri arasında
mühüm danışıqların üç raundu keçirilib. Türkiyə Rusiya ilə Ukrayna
arasında müharibənin sona çatması üçün lazımi töhfəni verməyə
hazırdır və ilin sonuna qədər bu istiqamətdə müsbət addımlar
gözləyir”, – deyə H.Fidan bildirib.