
Bakı.Trend:
Lənkəran rayonunun bəzi ərazilərinin qaz chizatında fasilə
yaranacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Ələt–Astara–İran İslam Respublikası Dövlət
sərhədi (M3) avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün
yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində
Girdəni çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədilə
Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri,
həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550
abonentin qaz təchizatının 20.10.2025-ci il tarixdə saat 10:00-dan
işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qurumdan əlavə olumub ki, qaz təchizatı avadanlıqlarını
nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə
riayət etməyinizi xahiş edirik.


