Kişineu aeroportunda sərnişinin baqajında partlayıcı maddə aşkarlanıb

Baş səhifə
Kişineu aeroportunda sərnişinin baqajında partlayıcı maddə aşkarlanıb

Moldovanın Kişineu hava limanında sərnişinlərdən birinin baqajında partlayıcı maddə aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə Moldova KİV-ləri polisə istinadən məlumat yayıb.

“Bütün sərnişinlər və personal təxliyə edilib, hadisə yerində Moldova Daxili İşlər Nazirliyinin partlayıcı maddələr üzrə mütəxəssisləri işləyir”, – məlumatda deyilir.