Türkiyədə 5G-yə keçid ilə bağlı tezlik hərracı keçirilib

Baş səhifə

Bakı. Trend:

Bu gün Türkiyənin yeni nəsil mobil rabitə texnologiyası olan
5G-yə keçid prosesindəki ən mühüm mərhələlərdən biri sayılan tezlik
hərracı keçirilib.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.




Məlumata görə, ölkənin yeni nəsil rabitə texnologiyası olan 5G
hərracında 700 MHz tezliyində A1 paketi üçün ən yüksək təklifi 429
milyon dollarla “Turkcell”, A2 paketi üçün 426 milyon dollarla
“Vodafone”, A3 paketi üçün isə 425 milyon dollarla “Türk Telekom”
rabitə operatorları veriblər.

Hərracın nəticəsinə əsasən, xidmət göstərmə hüququ qazanan
şirkətlər 2026-cı il aprelin 1-dən etibarən Türkiyədə 5G tətbiqinə
başlayacaqlar.