“Real” klubu futbolçusunun müqaviləsinin müddətini uzatmaq istəmir

Baş səhifə
Real klubu futbolçusunun müqaviləsinin müddətini uzatmaq istəmir

İspaniyanın “Real” klubu futbolçusu Antonio Rüdigerlə müqavilənin müddətini uzatmaq istəmir.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi 2026-cı ilin yayında Madrid təmsilçisindən ayrıla bilər.

Almaniyalı oyunçu komandanın baş məşqçisi Xabi Alonsonun planlarına daxil deyil. Mütəxəssis Rüdigerin qeyri-sabit çıxış etdiyini düşünür və tez-tez zədələndiyi üçün bu fikirdədir.

Futbolçu hazırda da zədəlidir və dekabrda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən “Real”da çıxış edir.