“PAŞA Bank”ın öhdəlikləri 9%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında “PAŞA Bank”ın cəmi öhdəlikləri
8,054 milyard manata çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə
bankın öhdəlikləri 680 milyon manat və ya 9,2% artıb.




Trend xəbər
verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, Baş Maliyyə
inzibatçısı Murad Süleymanov bankın 2025-ci ilin birinci
yarımilinin nəticələrinə dair keçirilən mətbuat konfransında
bildirib.