Bakı.Trend:
Hazırda Azərbaycan üçün UNCE Dünya Yarmarkası çərçivəsində
Azərbaycan Fair Story Səhiyyə Texnologiyaları Ticarət Mərkəzi, Süni
İntellekt Mərkəzi, Yenilik və Ənənəvi Çin Təbabəti Mərkəzi,
həmçinin Uzunömürlülük, Biotexnologiya, Qocalmanın Qarşısının
Alınması və İnnovativ Təhsil Mərkəzi qurmağı planlaşdırırıq.
Trend xəbər
verir ki, bunu Çin Sağlamlıq və Tibbi Turizm Assosiasiyasının sədri
Cia Şiao Fanq II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı”nda çıxışı
zamanı bildirib.
O qeyd edib ki, bu layihə gələcəkdə regionun xəritəsini
formalaşdıracaq və ənənəvi Çin təbabəti üzrə ilk
bu cür mərkəz olacaq:
“Ənənəvi Çin təbabətinin 5000 ildən çox tarixi var, lakin bu
günədək nə Azərbaycan bazarında, nə də Qafqaz regionunda bu sahə
üzrə peşəkar tibbi mərkəz mövcud deyil. Bu isə səhiyyə
investisiyaları, profilaktika, immunitetin gücləndirilməsi, müalicə
və reabilitasiya üçün mühüm potensiala malikdir”.

