Bakı. Trend:
Hindistanın qərbində, Rəcastan ştatında sərnişin avtobusunda
yanğın nəticəsində azı 19 nəfər ölüb.
Trend xəbər verir ki, hadisə
57 nəfər sərnişin olan nəqliyyat vasitəsinin qəflətən yanması
nəticəsində baş verib.
Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.
İlkin məlumatlara görə, yanğının səbəbi qısaqapanma olub.

