Sinqapura uçan təyyarə Bakıya məcburi eniş edib

Baş səhifə

Bakı. Trend:

Bu gün “Singapore Airlines” aviaşirkətinə məxsus,
Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən “Airbus A350” tipli
hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna
məcburi eniş üçün sorğu göndərib.

Bu barədə Trend
aeroportdan məlumat verilib.

Bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində olan
sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.




Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla
eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti
qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə
tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə
zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev
Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava
nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə
yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini
prioritet istiqamət kimi qoruyur.