Dənizkənarı Milli Park ərazisində 4 ədəd yeni attraksion quraşdırılıb – AÇIQLAMA

Baş səhifə

Bakı. Trend:

Hazırda Dənizkənarı Milli Park ərazisində 4 ədəd yeni attraksion
quraşdırılıb.

Trend xəbər
verir ki, bu fikirləri Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi
Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, həmçinin ərazi oyun pavilyonları ilə təmin
olunub: “Attraksionlar gətirilmə prosesi mərhələli şəkildə icra
olunacaq”.




Onun sözlərinə görə, ərazidə uşaqlar üçün attraksionlardan
istifadə ödənişi 3 manat, böyüklər üçün isə 4 manat təşkil
edir.

“Ödənişlə hər bir attraksionda 3-4 dəqiqə əylənmək mümkündür”,-
qurum rəsmisi əlavə edib.