
Bakı. Trend:
Bu gün təkcə Yaxın Şərq deyil, dünya üçün inanılmaz bir
gündür.
Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində
deyib.
O bildirib ki, bugünkü uğur sammitdə iştirak edən dünya
liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi ilə bir araya
gəldiyi üçün baş verib.
“Bu, illərdən bəri əldə oluna bilməyən ən böyük sazişdir”, –
deyə Tramp vurğulayıb.

