Bakı. Trend:
ABŞ-nin Texas ştatının Fort-Uort şəhərindəki Hiks hava limanı
yaxınlığında təyyarə qəzaya uğrayıb.
Trend-in
məlumatına görə, bu barədə “Fox 4” televiziya kanalının yerli
bölməsi bildirib.
Məlumata əsasən, qəza yerində bir neçə yük maşını yanıb.
Hadisənin səbəbləri, eləcə də mümkün itkilər barədə hələlik
məlumat verilməyib.

