
Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə “Daily Pakistan” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.
“Təhlükəsizlik qüvvələri qarşı tərəfə qəti və effektiv cavab verib, hücum edənləri geri çəkilməyə məcbur ediblər”,- deyə xəbərdə vurğulanıb.
Qəzet bildirib ki, Əfqanıstan tərəfi ölənlərin cəsədlərini ərazidə qoyaraq geri çəkilib, beş əfqan hərbçinin isə həlak olduğu bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

