U-17 millimiz bu gün İsraillə qarşılaşacaq

Baş səhifə

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu
gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa
çıxacaq.

Trend xəbər
verir ki, IX qrupda mübarizə aparan yığmamız Fransanın
Sen-Pol-le-Daks şəhərində İsrail U-17 komandası ilə üz-üzə
gələcək.




“Park de Sport” stadionunda keçiriləcək qarşılaşma 11 oktyabrda
Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu Norveç və
Fransadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər briqadası:
Baş hakim – Marius Hansen Qrotta (Norveç)
Köməkçilər – Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand
(Fransa)
Dördüncü hakim – Gillaume Paradis (Fransa)